HAQQIMIZDA

Əziz oxucular!
Məlumat üçün bildirirəm ki, “Turan Araşdırma Mərkəzi” ictimai birliyi 09.06.2017-ci ildən təsis edilib və 29.09.2017-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən Dövlət qeydiyyatına alınmışdır.
Birliyin fəaliyyətinin əsas məqsədi türk dilli xalqların zəngin mədəniyyətini və qədim tarixini təbliğ etmək və türkdilli xalqlar arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə kömək etməkdən ibarətdir.
Birlik məqsədlərinə çatmaq üçün türkdilli xalqların tarixini, mədəniyyətini, folklorunu və adət-ənənələrini təbliğ etmək, tarixi apaşdırmaların aparılmasına dəstək vermək, Azərbaycan xalqının milli-mənəvi və tarixi dəyərlərinin qorunması sahəsində maarifləndirmə işi aparmaq, türkdilli xalqlar arasında həmrəyliyin və tarixi əlaqələrin gücləndirilməsinə yardım etməkdir.
Bu baxımdan elmi araşdırmalar aparmaq, müxtəlif kurslar və seminarlar, dəyirmi masa və görüşlər, sərgilər təşkil etmək, habelə ölkədə və xarici dövlətlərdə fəaliyyət göstərən müxtəlif qeyri-hökümət təşkilatlarla, regional və beynəlxalq qurumlarla əlaqə qurmaq və onlarla birlikdə layihələr həyata keçirmək vəzifələrini qarşıya qoymuşuq.

Çıxış