“Turan Araşdırma Mərkəzi” ictimai birliyinin sədri filoloq-tarixçi, türkoloq, professor Əjdər İsmayılov  Olaylar.az-a müsahibə  verib. Müsahibəni  təqdim edirik.

-Əjdər müəllim, indiyə qədər mətbuat sizinlə siyasi və ictimai və ya elmi məsələlərlə əlaqədar müsahibələr alıb. Bugünkü müsahibəmiz bir qədər fərqlənir. Bu yaxınlarda COVID-19 virusuna yoluxmanızla əlaqədar mediada və sosial şəbəkələrdə məlumatlar yayılmışdı. Bu haqda nə deyə bilərsiz?

-Hər birimizə məlumdur ki, hal-hazırda bütün dünya COVID-19-la mübarizə aparır. Eyni zamanda respublikamızda da, təxirəsalınmaz böyük tədbirlər görülür, mübarizə aparılır. Lakin heç birimiz sığortalı deyilik ki, virusa yoluxmayaq. Keçən ilin dekabr ayının sonundan test nəticəsində bəlli oldu ki, mən və həyat yoldaşım Tamilla İsmayilova COVID-19 -a yoluxmuşuq.

-Müalicəniz necə keçdi?

 

-Əvvəlcə  həkimlərin nəzarəti altında evdə müalicə almağa başladıq. İlk gündən müalicəmiz yaxşı gedirdi, sonra səhhətimdə narahatçılıqlar baş verdi. Daha sonra həkimlərin məsləhəti ilə xəstəxanaya yerləşdirildik və yanvar ayının 7-dən Bakı Sağlamlıq Mərkəzində  müalicə  almağa  başladıq.

-Müalicəniz necə keçdi?   Proses ağır oldu?

-Yüngül keçirdim təbii ki, deyə bilmərəm. Asan olmadı. Sağlamlığımıza qovuşmaqda öncə Allaha, daha sonra həkimlərimizə çox minnətdaram.Yeri gəlmişgən, Bakı Sağlamlıq Mərkəzinin Direktoru səmimi insan Asiman Həsənovun bütün xəstələrə olduğu kimin xüsusi nəzarəti altında “COVİD”in yanar ocağından, sözün əsl mənasında, ölüm mələyinin qanlı caynağndan 22 gün gecəli-günüzlü mübarizədən sonra məni və həyat yoldaşım Tamella xanım İsmayılovanı sağlam və gümrah həyata qaytaran BSM-in tibb kollektivinə tarixi ehtiramımızı və sönməz məhəbbətimizi bildiririk.Eyni zamanda, “COVİD”-lə gecəli-gündüzlü, yorulmadan əsl mübarizə aparan şöbənin rəhbəri, böyüklə böyük, kiçiklə kiçik olan bütün xəstələrə, o cümlədən bizə də oğul səmimiyyəti göstərən Zakir Quliyev başda olmaqla bütün səmimi komandasına təşəkkür edirəm.

-Demək, həkimlərdən razı qaldınız?

-Bəli, çox razı qaldım. Bilirsiniz, bu kollektivdə yüksək peşəkarlıq, sağlam mühit, yüksək davranış gördüm. Bütün xəstələrə qarşı çox yüksək diqqət və qayğının şahidi oldum.

Onu da qeyd edim ki, bu amansız xəstəliklə mübarizədə tibbi personal çox əziyyət çəkir. Öz həyatlarını insanlarımızın sağlamlığı üçün təhlükəyə atırlar. Allah bu xətadan bəşəriyyəti xilas eləsin inşallah.

 

-COVİD-dən sonra özünüzü necə hiss edirsiniz?

-COVİD-dən tam sağaldıqdan sonra həkimlərin məsləhəti ilə 15 günə yaxın  əlavə olaraq BSM-də postcovid şöbəsində – COVID-19-dan sonra bərpa müalicəsinə başladıq.

İndi artıq evdəyəm. Şükür Allaha özümü xeyli yaxşı hiss edirəm. Lakin orqanizmin tam bərpası üçün bir az zamana ehtiyac var.

-Əjdər  müəllim, “xəstənin  gözü  yolda  olar” deyirlər.  Amma  bu  elə xəstəlikdi  ki,  heç  kim ən  yaxın  xəstəsini  belə  yoluxa  bilmədi. Sizin  dostlarınız  necə  bu  sınaqdan  necə  çıxdılar?

-Həyatımın  bütün  dönəmlərində inandığım  insanların  böyük  əksəriyyəti, dostlarım  ən  çətin  vaxtlarda  yanımda  olublar.  Bu  xəstəlik  zamanı  da yüzlərlə insanın  narahatlığını  gördüm.  Xəstəliklə  çarpışdığım  günlərdə  mənimlə  və  övladlarımla  bərabər  həyəcan  keçirən  tez-tez  əlaqə  saxlayan  hər kəsə  öz  təşəkkürümü bildirirəm.  Yeni  Azərbaycan  Partiyasındakı silahdaşlarımdan, dəyərli əqidədaşlarımdan  tutmuş  media  işçilərinə,  sosial  şəbəkə  istifadəçilərinə  alimlərə  ziyalılara,  sıravi  vətəndaşlarımıza  minnətdarlığım  sonsuzdur.  Telefona  ilk günlərdə cavab verə bilməsəm də, sağalandan sonra yüzlərlə zəng gəldiyini  gördüm. Hamıya can sağlığı arzu edirəm. Özünüzü qoruyun və ən əsası qaydalara  əməl edin.

-Əjdər müəllim, müsahibəyə  görə  təşəkkür  edirəm.

Mən  də  sizə  və  “Olaylar”-ın  bütün  kollektivinə  təşəkkür  edir, can sağlığı  arzu  edirəm.

Çap et