Turan  Araşdırma Mərkəzinin  sədr  müavini iqtisadçı-alim, hüquqşünas, müasir  dövlətimizin quruculuğunda ümummilli lider Heydər  Əliyevin ən  yaxın  silahdaş və  sirdaşlarından-  91-lərdən olan,  eyni zamanda əsərləri  ilə erməni   yalanlarını  ifşa  edib  dünyaya çatdıran professor  Əjdər İsmayılovun oğlu Cavid  İsmayıl öz  feysbuk  səhifəsindən Azərbaycan  Ordusunda   könüllü   hərbi  xidmət  üçün  qeydiyyatdan  keçdiyini bildirib.

C.İsmayıl  öz  fikirlərini   belə   ifadə   edib: “Birinci savaşdan yarımçıq qalmış sözüm var. Son şərəfli sözü demək üçün yazıldım!  Həm  də  bu  savaş  bizim  nəslin  savaşıdır. Bu   savaşı  gələcək  nəsillərə  ötürməyə  haqqımız yoxdur! Bu  savaşı  biz  bitirməliyik! Tanrı Vətənimizi qorusun!”

Çap et