Bildiyiniz kimi iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Turan Araşdırma İctimai Birliyinin sədr müavini, iqtisadçı alim, hüquqşunas Cavid İsmayıl öz facebook səhifəsindən müraciət edib ki, xain düşmənə qarşı indi nəinki Azərbaycan, bütün dünya azərbaycanlıları səfərbər olmalıdırlar: “Düşmən yenə iç üzünü göstərdi. Və şəhidlərimiz var. İndi nə çal-çağır, nə də ağlaşma qurmaq vaxtıdır. İndi hər kəs öz sahəsində-cəbhədə olan cəbhədə, iş yerində olan iş yerində mənfur düşmənə qarşı mübarizə aparmalıdırl. Azərbaycan ordusu, şanlı əsgərlərimiz vəsf olunmalı, şəhidlərimiz hamıya tanıdılmalıdır. Kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə bütün şəxsi intriqalar, məişət problemləri arxa plana keçməli, gündəmdə yalnız rəşadətli Azərbaycan ordusu olmalıdır. Bu həm ağır, həm də şərəfli günlərdə televiziyalarımızın rolu danılmazdır. Və mən onlara ayrıca səslənirəm ki çal-çağır, şou qiybətləri zamanı deyil. Bütün ölkənin gözü ekranlara dikilib. Bütün dünyanın gözü Azərbaycandadır! Sağ olsun AzTV Mədəniyyət kanalı və ATV!  Sosial şəbəkə üzərindən səsimizi eşitdilər və dərhal proqramlarında dəyişiklik etdilər! Digər kanalları da buna dəvət edirik! Sosial  şəbəkə  istifadəçiləri  son dərəcə  aktiv  olmalıdırlar !  İndi  hər  yer  VƏTƏNDİR! “Suyum  gəlmir”, “Qazım  kəsilib” kimi  məsələlər  bu  günün  söhbəti  deyil. Bu gün dilimizin şah sözü vətən və Azərbaycan əsgəri olmalıdır.”

Çap et