Qəzənfər Kazımov

Altı fəsildən ibarət olan bu kitabda ulu dilin təşəkkülü və protodillərə ayrılması, protodillərin dialekt parçalanması əsasında dil ailə¬lərinin yaran¬ması, şumer-türk varisliyi, e.ə. III-I minilliklərdə protoazərbaycan dili¬nin inkişaf yolu – Azərbaycanda etnik tərkib və dil məsələləri, ümumxalq Azər¬baycan dilinin (III-V əsrlər), sonrakı mər¬hələdə (VI-VIII əsrlər) Azər¬baycan şifahi ədəbi dilinin forma¬laşmasını şərtləndirən amillər nə¬zər¬dən keçirilmiş, ilk dəfə olaraq təşəkkül dövrünün ölməz abidəsi olan “Də¬də Qorqud”un dilinin sintaktik quruluşu geniş tədqiq edilmişdir. Son fəsil Azərbaycan yazılı ədəbi dilinin meydana çıxma tarixinə həsr olun¬muşdur.
Bu çapda əsərin üzərində yenidən işlənmiş və о, yeni faktlarla zəngin¬ləşdirilmişdir.
Kitab ali məktəblərin müəllim və tələbələri, gənc elmi işçilər, Azərbaycan xalqının tarixi və dilinin mənşəyi ilə maraqlanan oxucular üçün nə¬zərdə tutulmuşdur.